UNEC növbəti beynəlxalq təhsil sərgisində təmsil olunub

UNEC növbəti beynəlxalq təhsil sərgisində təmsil olunub “ExpoGeorgia” tərəfindən Gürcüstanda 11-ci Beynəlxalq təhsil sərgisi təşkil olunub. İyirmidən çox ölkənin təmsil olunduğu sərgidə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təhsil xidmətləri də nümayiş etdirilıb.
Onlayn formatda keçirilən sərgidə iştirakçılara UNEC-də təhsil imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib. Həmçinin sərginin saytında UNEC-in tədris proqramlarının broşür və promomaterialları yerləşdirilib, videoçarxları nümayiş olunub.
Onlayn sərgidə UNEC barədə maraqlanan iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, UNEC ötən ilin aprel ayında Türkiyədə və may ayında Mərakeşdə onlayn keçirilmiş beynəlxalq təhsil sərgilərində də iştirak edib. Beynəlxalq sərgi Avropa, Amerika və digər xarici ölkələrin 41 təhsil və tədris müəssisəsini əhatə edib.

Tehsil-press.az


Oxşar xəbərlər