Hamının danışdığı nikah mərasimi İstanbulda olub

Hamının danışdığı nikah mərasimi İstanbulda olub Xəbər verdiyimiz kimi, dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) azərbaycanlı xanım, pianoçu Suada Hacızadə ilə nikah bağlayıb. Diqqətçəkən məqam cütlüyün əlindəki nikah şəhadətnaməsinin üzərinin Azərbaycan dilində yazılmasıdır.
Azərbaycanın Türkiyədəki diplomatik korpusundan Modern.az-a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.
Qeyd edək ki, Kristofer Van Barenberq 1987-ci il təvəllüdlüdür. O, Hollivudda aktyordur.

Tehsil-press.az

Oxşar xəbərlər