2020-ci ildə nikahlar yarıbayarı azalıb

2020-ci ildə nikahlar yarıbayarı azalıb Ötən il Azərbaycanda 32 437 nikah qeydə alınıb.
Bu barədə Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 3,5 olub. 2019-cu ildə isə bu rəqəm 58 317 nəfər olub.
Ötən il boşananların sayı isə 13 439 nəfər təşkil edib. Əhalinin hər 1000 nəfərinə bu göstərici 1,5 olub.

Tehsil-press.az

Oxşar xəbərlər