Azərbaycanda səfərdə olan Belarus Respublikasının Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti UNEC-də olub.
UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti haqqında ətraflı məlumat verib. UNEC-in qlobal reytinqlərində uğurla irəlilədiyini bildirən rektor, dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramları, inklüziv təhsil sahəsində əldə edilən nailiyyətlər, əcnəbi tələbələr üçün qəbulun elektronlaşdırılmasından söz açıb.
Görüşdə Belarus Dövlət İqtisad Universiteti, Suxov adına Qomel Dövlət Texiniki Universiteti, Belarus Dövlət İnformatika və Radioelektornika Universiteti, Yanka Kupala adina Qrodno Dövlət Universiteti, Polotsk Dövlət Universiteti, Qrodno Dövlət Aqrar Universiteti, Belarus Milli Texniki Universiteti və Belarus Dövlət Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. UNEC-də olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycan Dövlət İqtisad Universitetində yeni iqtisadi təhsil modelinin yarandığını məmnuniyyətlə izlədiklərini bildiriblər. Onlar bu sahədə Belarus ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq, UNEC təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib.

UNEC-in Mətbuat Xidməti