ABŞ-ın “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən (bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impakt faktorlarının (təsir əmsalı) dinamikası və s. haqqında məlumatı əks etdirir), Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) nəşr olunan və “Science Citation Index Expanded” (SCIE) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və Tətbiqi riyaziyyat jurnalı”) jurnalı 1.892 təsir əmsalı alıb. Bu elmi jurnal “Riyaziyyat” kateqoriyasında 330 beynəlxalq nəşr arasında 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.
Bu nəşr Azərbaycanın “Clarivate Analytics agentliyinin bazasına daxil olan və impakt faktor almış ikinci elmi jurnalıdır.
2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayılır.
Bütün məqalələr “MatReviews”, “Zentrablatt”, “VINITI” kimi nüfuzlu bazalarda referat olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.
Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Qəmər Məmmədovadır.
Sevindirici haldır ki, türk dünyası elminin və eləcə də ölkəmizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən birmənalı qəbul edilir.
Tehsil-press.az