“Partlayışa səbəb vulkan püskürməsidir” - Seysmoloji Xidmət Mərkəzi

“Partlayışa səbəb vulkan püskürməsidir” - Seysmoloji Xidmət Mərkəzi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzər dənizindəki partlayışla bağlı açıqlama verib.
Baş direktor partlayışın vulkan püskürməsi ilə əlaqədar olduğunu deyib:
“Bu partlayışa səbəb ancaq vulkan ola bilər. Çünki heç bir quyuda, platformada, gəmilərdə qəza, partlayış baş verməyib. Bu Xəzərdəki palçıq vulkanlarının əlamətidir ki, püskürməsi nəticəsində alov görünüb və 20-30 saniyə çəkib”.
Q.Yetirmişli partlayışın hər hansı neft, qaz kəmərində olmadığını da bildirib:
“Əgər elə bir şey olsaydı, SOCAR açıqlama verərdi. Oradan da bildirildi ki, qəza baş verməyib”.
Baş direktor palçıq vulkanın püskürməsi zamanı alovun hündürlüyü ilə bağlı suala isə belə cavab verib:
“Bu hələ tez sönüb. Lökbatan, Şəxzəyirli palçıq vulkanları dəqiqələrlə çəkib və 100-150 metr hündürlüyə alov qalxıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var və bu da onun əlamətidir”.

Tehsil-press.az


Oxşar xəbərlər