Azərbaycan və Almaniya alimləri palçıq vulkanları ilə bağlı tədqiqatlar aparacaqlar

Azərbaycan və Almaniya alimləri palçıq vulkanları ilə bağlı tədqiqatlar aparacaqlar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Sesumoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinə (GFZ EXSM) palçıq vulkanları və zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib.

Xidmətdən Tehsil-press.az-a verilən məlumata görə, RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını və palçıq vulkanları ilə zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib. Palçıq vulkanlarının monitorinqinin aparılması və zəlzələlər zamanı vulkanlarda baş verən proseslərin izlənilməsinin vacibliyi də qeyd olunub.
GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin Zəlzələlərin və vulkanların fizikası bölməsinin mühəndis – geofiziki Birger-G.Lühr bildirib ki, onlar apardıqları tədqiqatlar zamanı vulkanların ətrafında quruda və dənizin dibində seysmik stansiyalar quraşdırırlar. Bu da o ərazidə baş verən prosesləri izləməyə imkan verir. Xəzər dənizində də seysmik stansiyaların quraşdırılmasının vacibliyinə toxunan Birger-G.Lühr bunun seysmik aktivliklə yanaşı palçıq vulkanlarının da fəaliyyətinin izlənilməsinə də imkan yaradacağını deyib. Birger-G.Lühr bu sahədə birlikdə tədqiqatların aparılması təklifini müsbət qiymətləndirərək, bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu deyib.


Tehsil-press.az

Oxşar xəbərlər