Haiti Prezidenti ilə xanımı qətlə yetirildi

Haiti Prezidenti ilə xanımı qətlə yetirildi Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz sui-qəsd nəticəsində qətlə yetirilib.
Bu gün gecə saatlarında Prezidentin şəxsi iqamətgahına hücum edilib və o güllələnib.
***
Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı deyilir. Bununla belə, vəziyyətin Milli polisin və Haiti Silahlı Qüvvələrinin nəzarəti altında olduğu elan edilib. Dövlətin işində davamlılığın və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.
Bəzi məlumatlara əsasən, basqın zamanı Prezidentin həyat yoldaşı Martin Moiz də xəsarət alıb.
***
Prezidentin xanımı Martin Moiz dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər