ABŞ-da liseyə silahlı hücum - Yaralılar var

ABŞ-da liseyə silahlı hücum - Yaralılar var ABŞ-ın Tennessi ştatında bir liseyə silahlı hücum olub.
Ştatın Noksvil şəhərində baş verən hücumda biri polis olmaqla, çox sayda insanın vurulduğu bildirilib.
Polisin açıqlamasına görə, Austin-İst Maqnet adlı liseyə təhlükəsizlik qüvvələri cəlb edilib.
“Aralarında bir polisin də olduğu bir çox şəxsin hücumun qurbanı olduğu bildirilir. Hazırda istintaq davam edir”, - açıqlamada deyilir.
Ştatın qubernatoru Bill Li hadisə ilə əlaqədar məlumatlandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər