Haiti prezidentinin qətli BAYDEN TƏRƏFİNDƏN QINANILDI

Haiti prezidentinin qətli BAYDEN TƏRƏFİNDƏN QINANILDI ABŞ, Haiti prezidenti Jovenel Moise-nin qətlini qınayır və ada dövlətinin təhlükəsizliyini qorumağa kömək etməyə hazır olduğunu bildirir. SİA xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin rəsmi bəyənatında deyilir.
"Bu dəhşətli cinayəti qınayırıq. ABŞ Haiti xalqına başsağlığı verir. Haitinin təhlükəsizliyi üçün kömək etməyə və çalışmağa davam etməyə hazırıq", deyə bildirilir.
Bayden, prezident iqamətgahına kimliyi bilinməyən hücum nəticəsində yaralanan Haitinin birinci xanımı Martina Moiseyə tez bir zamanda yaxşılaşması diləyini ifadə edib.

Tehsil-press.az


Oxşar xəbərlər