ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampı Vaşinqtondakı Konqres binasının mühasirəsinin dayandırılması tələbi ilə çıxış etməyə çağırıb.
Müvafiq bəyanatı o, Uilminqtonda (Delaver ştatı) mətbuat konfransında verib.
“Mən Prezident Trampı öz andını yerinə yetirmək, konstitusiyanı qorumaq və bu mühasirənin qurtarmasını tələb etməsi üçün milli televiziya vasitəsilə çıxış etməyə çağırıram”, - o deyib.
Bayden ABŞ paytaxtında baş verənləri “etiraz yox, qiyam” adlandırıb:
“Növbəti illərdə bizim işimiz demokratiyanın, hörmət və ləyaqətin, hüququn aliliyinin bərpasına həsr olunmalıdır. O, nifrət və xaosu qızışdırmaq yox, bir-birinin qayğısına qalmaq, problemləri həll etməkdən ibarət olmalıdır.
Elə indi bizim demokratiyamız misli görünməmiş hücuma məruz qaldı. Ən yeni tarixdə oxşar heç nə baş verməyib. Bu etiraz deyil, qiyamdır”.
“Mən bu quruma geri çəkilmək və demokratik sistemin fəaliyyətini davam etdirməyə imkan vermək tələbi ilə müraciət edirəm. Biz qanunları laqeyd edən kiçik bir ekstremist qrup görürük. Bu, fikir ayrılığının təzahürü deyil. Bu, qarışıqlıqdır, xaosdur. Bu üsyanla həmsərhəddir”, - deyə siyasətçi əlavə edib.
Tehsil-press.az