Bayden Kapitoliyə hücum edənləri terrorçu adlandırdı

Bayden Kapitoliyə hücum edənləri terrorçu adlandırdı ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Vaşinqtonda baş verən hadisələri və Kapitolinin ələ keçirilməsinə münasibət bildirib.
Bayden Kapitoli binasını zəbt edənləri terrorçu adlandırıb:
“Bu, iğtişaş, etiraz aksiyası deyildi, xaos idi. Mən onun iştirakçılarını etirazçılar adlandıra bilmərəm, onlar qiyamçı, daxili terrorçulardır. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”.
Baydenin sözlərinə görə, Trump jurnalistləri xalqın, kəşfiyyat xidmətinin və ordunun düşməni adlandıraraq azad mətbuata da hücum edib.
“O, avtokratların və diktatorların istifadə etdikləri leksikondan istifadə edirdi. Tramp Amerika seçicilərini susdurmaq üçün izdihamdan istifadəyə cəhd göstərdi. Prezident qanundan üstün ola bilməz”, - deyə Bayden bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər