Təhsil İnstitutunda Azərbaycan dili fənni üzrə “Ehtiyat dərslik” layihəsi ilə bağlı görüş keçirilib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov cari il üzrə “Ehtiyat dərslik” layihəsi çərçivəsində Azərbaycan dili dərsliyinin 4-cü sinif məzmununun hazırlığının başa çatdığını bildirib. Qeyd edib ki, növbəti il isə Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmun hazırlığının başa çatdırılması nəzərdə tutulub. “Ehtiyat dərslik” layihəsinin orta və tam orta təhsil səviyyələrində davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dərslik müəllifi Rafiq İsmayılov Azərbaycan dili fənni üzrə məzmun standartlarının konseptual məqamları və təkmilləşdirilməsi yolları haqqında təqdimatla çıxış edib. O, standartların siniflər (səviyyələr) üzrə inkişaf xətti, oxu standartları, kommunikativ yanaşmada dil qaydaları və Azərbaycan dilinin dövlət dili kimi tədrisi mövzuları haqqında ətraflı məlumat verib.
Tədbir görüş iştirakçılarının mövzuya dair müzakirələri ilə davam edib.
Görüşdə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun əməkdaşları, dərslik müəllifləri iştirak ediblər.
Tehsil-press.az