Təhsil İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində müəllimlər üçün keçirilən distant ixtisasartırma təlimləri davam edir.
“İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə ixtisasartırma təlimlərinin II mərhələsinə başlanılıb. Budəfəki mərhələdə ibtidai sinif müəllimləri təlimlərdə Azərbaycan dili fənni üzrə iştirak ediblər.
İxtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas vəzifələrinə müəllimləri ibtidai siniflər üzrə tədris resursları komponentləri haqqında məlumatlandırmaq, Azərbaycan dili fənninin məzmunu ilə bağlı biliklərini fənlərin tədrisinin məqsəd və vəzifələrinə müvafiq şəkildə təkmilləşdirmək daxildir. Təlimdə iştirakçılar ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə, təlim konsepsiyası ilə tanış olublar. Onlara tələb edilən əlavə resursları müəyyənləşdirməyin yollarını, tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağı öyrədiblər. Eyni zamanda, dərslərin təşkilinə yaradıcı yanaşmanı stimullaşdırmaq, şagirdləri təlim resurslarından istifadə qaydaları haqqında məlumatlandırmağın yolları ilə tanış etmək haqqında məlumat verilib.
Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu əhatə edən təlimlər hər qrup üçün 4 gün davam edib.
Tehsil-press.az