Dövlət İmtahan Mərkəzi (DİM) üç mərhələdən ibarət “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vasitələrinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirir. Layihənin II mərhələsi yanvarın 11-dən başlayır və martın 18-dək davam edəcək.
Layihənin əsas məqsədi xarici dil fənn kurikulumunun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.
Xatırladaq ki, onlayn formada həyata keçirilən layihəyə DİM, Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. Layihənin birinci mərhələsinin məqsədi xarici dil üzrə fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması olub və müvafiq mərhələ çərçivəsində hədəflərə nail olunub.
Layihənin ikinci mərhələsinin məqsədi isə intensiv təlim və konsultativ görüşlər vasitəsilə siniflər üzrə kommunikativ danışıq və yazı materiallarını əhatə edən dərsliklərin yazılmasına dəstək göstərməkdir. Qeyd edək ki, hazırda istifadədə olan dərsliklər layihənin birinci mərhələsi zamanı nəzərdən keçirilib və ikinci mərhələ çərçivəsində iştirakçılar beynəlxalq ekspertin bələdçiliyi ilə dərsliklərin lazımi sahələr üzrə təkmilləşdirilməsi üçün əlavə materiallar hazırlayacaqlar. Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır. O, DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub. Neytn Kar DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı da Mərkəzə öz töhfəsini verib.
Tehsil-press.az