Daha 8 qazimiz Türkiyəyə göndərildi

Daha 8 qazimiz Türkiyəyə göndərildi Vətən müharibəsində ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Türkiyəyə göndərilən qazilər Hüseynov Tural, Bağırov Yaşar, Məmmədov Məhəmməd, Məmmədzadə Adəm, Nağıyev Şıxseyid, Novruzov Rəşad, Məhərrəmov Əkbər, Qurbani Ruslandır.
Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər