UNEC: Minor təhsil proqramı tələbəyə maraq göstərdiyi digər bir ixtisas üzrə sertifikat əldə etməyə imkan yaradacaq

UNEC: Minor təhsil proqramı tələbəyə maraq göstərdiyi digər bir ixtisas üzrə sertifikat əldə etməyə imkan yaradacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ixtisas üzrə Minor təhsil proqramına qəbul davam edir.
Proqramın məqsədi tələbələrə əsas ixtisas proqramlarında olmayan fənlər üzrə əlavə kreditlər qazandırmaq, əlavə təhsil almaları üçün maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə etmələrinə şərait yaratmaqdır. Tələbə eyni ixtisas qrupunda 4, fərqli ixtisas qrupları arasında isə 5 fənni dinləyə bilər. Əyani təhsil alan tələbələr proqrama 3-cü semestrdən tez və 5-ci semestrdən gec, qiyabi tələbələr isə 3-cü semestrdən tez və 6-cı semestrdən gec olmayaraq müraciət edə bilərlər.
Proqramda kredit borcu olmayan, ümumi orta müvəffəqiyyət göstəricisi 65 və daha yuxarı olan tələbələr iştirak edə bilər. Ödənişli proqrama qəbul iyulun 15-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər