UNEC-də yenilik: İxtisas üzrə Minor təhsil proqramı

UNEC-də yenilik: İxtisas üzrə Minor təhsil proqramı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ildən İxtisas üzrə Minor təhsil proqramına qəbul başlayıb.
İxtisas üzrə Minor təhsil proqramının məqsədi tələbələrə əsas ixtisas proqramlarında olmayan fənlər üzrə əlavə kreditlər qazandırmaq, əlavə təhsil almaları üçün maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə etmələrinə şərait yaratmaqdır. Tələbə eyni ixtisas qrupunda 4, fərqli ixtisas qrupları arasında isə 5 fənni dinləyə bilər. Əyani təhsil alan tələbələr proqrama 3-cü semestrdən tez və 5-ci semestrdən gec, qiyabi tələbələr isə 3-cü semestrdən tez və 6-cı semestrdən gec olmayaraq müraciət edə bilərlər.
Proqramda kredit borcu olmayan və ÜOMG-si 65 və ya üzərində olan tələbələr iştirak edə bilər. Ödənişli proqrama qəbul iyulun 15-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər