“Neftçi” 2-ci təsnifat mərhələsində

“Neftçi” 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) növbəti matçına çıxır.
Paytaxt təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edir.
Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edir.
“Bakcell Arena”da baş tutacaq oyunu azarkeşlər də tribunadan izləyə biləcək. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən “ağ-qaralar”ın bu dəfə də rəqib qapısına yol tapacağı istisna olunmur.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul
21:00. Neftçi - Dinamo (Tiflis)
Baş hakim: Dumitru Muntean (Moldova).
Bakı. “Bakcell Arena”.
***
Oyun başladı.
***
Matçda fasilə oldu.
***
Oyunda ikinci hissə başladı.
***
“Dinamo” hesabı açdı. Radin 51-ci dəqiqədə fərqləndi.
***
“Neftçi” hesabı bərabərləşdirir. 58-ci dəqiqədə penaltidən Emin Mahmudov fərqlənir.
***
“Neftçi” 68-ci dəqiqədə hesabı 2:1 edir. Namiq Ələsgərov fərqlənir.
***
Matç bitdi.

Tehsil-press.az


Oxşar xəbərlər