İtaliya finalda

İtaliya finalda Bu gün AÇ-2020-də yarımfinal mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında keçiriləcək.
Londondakı “Uembli” stadionundakı qarşılaşmanı Almaniyadan olan Feliks Brıx idarə edəcək.
Qeyd edək ki, digər yarımfinal görüşündə sabah İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.
AÇ-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya
Baş hakim: Feliks Brıx (Almaniya).
London. “Uembli” stadionu.
***
Matç başladı.
***
İlk hissə 0:0 başa çatdı.
***
İkinci hissə başladı.
***
Federiko Kyeza 60-cı dəqiqədə İtaliyanı önə çıxarır.
***
Alvaro Morata 80-ci dəqiqədə bərabərliyi bərpa edir.
***
Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdı. Hərəsi 15 dəqiqə olmaqla əlavə iki hissə oynanılacaq.
***
Əlavə olunmuş ilk 15 dəqiqə başladı.
***
İlk əlavə vaxt başa çatdı.
***
İkinci əlavə hissə başladı.
***
Əlavə hissələrdə qol vurulmadı. Qalib penaltilərdə müəyyənləşəcək.
***
İtaliya penaltilərdə 4:2 hesablı qalibiyyətlə finala adlayır.

Tehsil-press.az


Oxşar xəbərlər