Media nümayəndələri Bakı Ali Neft Məktəbində

Media nümayəndələri Bakı Ali Neft Məktəbində Azərbaycanın tanınmış media qurumları rəhbərlərinin iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) mediatur keçirilib.
Tanınmış jurnalistlər Rəşad Məcid, Vüsalə Mahirqızı, Elxan Şükürlü, Aynur Camalqızı, Elnur Məhərrəmli, Vüsal Məmmədov, Elşad Eyvazlı və Əfsələddin Ağalarov ali məktəbdə yaradılan şəraitlə tanış olublar.
Ali məktəbin rektoru Elmar Qasımov jurnalistlərə tədris və tədqiqat mühiti ilə bağı ətraflı məlumat verib. Media nümayəndələri tədris otaqları, tədqiqat laboratoriyaları, idman kompleksi ilə yaxından tanış olublar. Təhsil müəssisəsində yaradılan Neft Muzeyindəki eksponatlar maraqla qarşılanıb.
Elmar Qasımov BANM-in tələbələri və məzunlarının uğurları barədə danışıb. Qeyd edilib ki, BANM qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyur. Builki məzunların uğurlarından bəhs edən rektor bildirib ki, BANM məzunları dünyanın 16 ölkəsinin 50 universitetində magistratura və doktorantura pilləsində ali təhsillərini davam etdirəcəklər. Eyni zamanda, məzunlardan 7–si ABŞ, 6–sı isə DAAD proqramı üzrə Almaniyanın tanınmış ali məktəblərində təhsil alacaqlar.
BANM-də yaradılan yüksək səviyyəli, müasir standartlara cavab verən şəraiti təqdir edən jurnalistlər bu təhsil ocağının nümunə olduğunu bildiriblər.
Rektor Elmar Qasımov söhbət zamanı vurğulayıb ki, Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksəkixtisaslı, ingilisdilli kadrlar yetişdirmək missiyasını bundan sonra da davam etdirəcəyik.

Tehsil-press.az


Oxşar xəbərlər