Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İsrail şirkətləri və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə edilib.
E.Qasımov bildirib ki, Azərbaycan ilə İsrail arasında dostluq münasibətləri mövcuddur və təhsil sahəsində də əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir.
Nümayəndə heyətinə Bakı Ali Neft Məktəbi barədə ətraflı məlumat verən rektor qeyd edib ki, təhsil müəssisəsində yüksək intellektual potensiala malik savadlı gənclər təhsil alır və onların hamısı buranı bitirdikdən sonra işlə təmin olunurlar.
BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən E.Qasımov, bu ixtisaslar üzrə yeni proqramlar reallaşdırılmasının və müvafiq istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Rektor bu baxımdan İsrail universitetləri ilə təcrübə mübadiləsinin aparılması və birgə innovativ tədqiqat mərkəzlərinin yaradılmasında maraqlı olduğunu bildirib.
Səfir Corc Dik qeyd edib ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır.
Ali məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən səfir İsraillə təhsil sahəsində əlaqələrin inkişafından danışaraq, bu istiqamətdə əməkdaşlığın inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, o, İsrail şirkət və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulmasına dəstək göstərəcəyini bildirib.
Daha sonra qonaqlar BANM-in kampusu və burada yaradılan şəraitlə tanış olublar.
Tehsil-press.az