Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdırmaqla, standart və sosial TTK üzrə illik faiz dərəcələrini, habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edəcək.
Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.
Bildirilib ki, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.
Təhsil haqqı TTK-nin maksimal məbləğindən çox olduqda, yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödənilir.
TTK-nin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.
Kreditin qaytarılması müddəti bu Qaydada müəyyən edilmiş möhlət müddəti qədər uzadılır.
Tehsil-press.az