Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilində müəyyən ixtisaslar üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir.
Həmin ixtisaslar kompüter elmləri, ekologiya, geologiya, coğrafiya, tarix, filologiya (Azərbaycan dili və ədəbiyyatı), psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, kitabxanaçılıq və informasiyadır. Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qiyabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə təhsil almaq istəyən şəxslər bu sənədləri - rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti, 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Sənədlər avqustun 11-dən 31-nə kimi (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BDU-nun əsas binasında (249 nömrəli otaqda) qəbul edilir.
Əlavə təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Tədris Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Maraqlananlar əlavə məlumatı (012) 539-06-86 telefon nömrəsi, [email protected] elektron poçt ünvanından əldə edə bilərlər.
Tehsil-press.az