BMT-nin təyyarəsi məcburi eniş etdi

BMT-nin təyyarəsi məcburi eniş etdi Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Hava Xidmətinə məxsus təyyarə Efiopiyanın şərqində məcburi eniş edib.
Sərnişin daşıyan təyyarə günorta saatlarında təcili eniş etmək məcburiyyətində qalıb.
Qeyd olunub ki, təyyarədə iki sərnişin və iki ekipaj üzvü olub. Onlar ciddi xəsarət almayıblar, ancaq müayinə üçün Dire Dava Xəstəxanasına aparılıblar.
Sərnişinlər Sərhədsiz Həkimlər Yardım Təşkilatının əməkdaşları olublar. Təyyarənin məcburi enişinin səbəbi araşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər