BDU-da şəhid məzunların xatirəsinə həsr olunan kitab nəşrə hazırlanır

BDU-da şəhid məzunların xatirəsinə həsr olunan kitab nəşrə hazırlanır Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış BDU məzunlarının xatirəsini yaşatmaq və onların keçdiyi qəhrəmanlıq yolunu tanıtmaq məqsədilə tədbirlər planına uyğun olaraq xatirə kitabı nəşrə hazırlanır.
Kitabda universitetin 18 şəhid məzunu haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri, xatirələri öz əksini tapacaq. Nəşrdə, eyni zamanda, həmin şəhidlərin uşaqlıq və tələbəlik illərinə aid, hərbi xidmət və döyüş yollarını, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunduqları orden və medallarını əks etdirən materiallar, fotoşəkillər veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər