Azərbaycan Texniki Universitetinin şəhid məzunlarının övladları ziyarət olunub

Azərbaycan Texniki Universitetinin şəhid məzunlarının övladları ziyarət olunub Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlar üçün Azərbaycan Texniki Universitetinin (AzTU) həyata keçirdiyi Kompleks Qayğı Proqramı çərçivəsində tədbirlər davam etdirilir. AzTU-nun bir qrup tələbə və əməkdaşının universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının övladlarını ziyarət etməsi də Kompleks Qayğı Proqramının bir hissəsidir.
Şəhid məzunlar - Elçin Əzizovun oğlu Yusif və Aslan Rzayevin oğlu Altayı ziyarət zamanı Vətən müharibəsində əldə olunan qələbə nəticəsində ordumuzun şanlı tarix yazdığı vurğulanıb. Qeyd olunub ki, şəhid övladları öz ataları ilə hər zaman qürur duymalıdır. Çünki onların atalarının adı tariximizin qəhrəmanlıq səhifəsinə əbədi həkk olunub. O da vurğulanıb ki, AzTU-da şəhid məzunların əziz xatirəsi hər zaman ehtiramla yad edilir.
Ziyarət zamanı şəhidlərin Fəxri diplomları ailələrinə təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər