Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində universitetin bir qrup əməkdaşı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2018-ci il məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib.
Görüşdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Tələbə Gənclər Təşkilatının fəal üzvü Ələkbər Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə sədri Mirməhəmməd Hüseynov və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər. Görüşdə şəhid Şamil Nəcəfovun əziz xatirəsi yad edilib.
Şəhidin anası və qardaşı Şamil Nəcəfovun Vətən müharibəsində keçdiyi şərəfli yoldan, qəhrəmanlıqdan, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi şücaətdən bəhs ediblər. Qeyd olunub ki, ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Layihə çərçivəsində BDU-nun Vətən müharibəsində şəhid olmuş bütün tələbə və məzunlarının ailələri ziyarət olunacaqdır.
Tehsil-press.az