Azərbaycan Texniki Universitetində "Əbədiyyətə qovusanlar" kitabı təqdim edilib

Azərbaycan Texniki Universitetində Azərbaycan Texniki Universitetində (AzTU) "Əbədiyyətə qovusanlar" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən prorektor İsa Xəlilov universitetin şəhid məzunlarına həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması universitet rəhbərliyinin həmişə diqqətində olub.
Nəşrdə AzTU-nun məzunları və tələbələri olmuş Milli qəhrəmanların və şəhidlərin döyüş yolundan söz açılır.
Universitetin müəllimi, kitabın müəllifi Zöhrə Məmmədova şəhidlərin xatirəsini əbədiləşdirməyin, gənc nəslə onların qəhrəmanlıqlarının örnək göstərilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də "Əbədiyyətə qovusanlar" kitabı haqqında fikirlərini bölüşüblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər