Türkiyədə dəhşətli qəza, 9 ölü, 30 yaralı

Türkiyədə dəhşətli qəza, 9 ölü, 30 yaralı Türkiyənin Manisa vilayətinin Soma rayonunda dəhşətli qəza baş verib.
Qəza zamanı TIR-la sərnişin avtobusu toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində doqquz nəfər ölüb. Onlardan altısı hadisə yerində, üçün isə qaldırıldıqları Soma Dövlət Xəstəxanasında həyatını itirib. 30 nəfər isə yaralanıb. Onlar ətraf rayonlardakı xəstəxanalara yerləşdiriliblər.
Avtobusda 50 nəfərin olduğu bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər