Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda iyulun 30-da Özbəkistanın bu ölkə ilə sərhədindəki “Termez” poliqonunda başlayan “Cənub-2021” Rusiya-Özbəkistan birgə təlimləri başa çatıb.
Hərbçilər Özbəkistanın cənubundan gələ biləcək təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyətin əlaqələndirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimlərə Rusiya və Özbəkistanın 1,5 min hərbçisi, 200 ədəd hərbi texnika, Su-25 qırıcı təyyarələri, hərbi vertolyotlar cəlb edilib.
Xatırladırıq ki, Özbəkistanın Əfqanıstanla sərhədi 144 kilometrdir.
Tehsil-press.az