Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə ADNSU-nun rektoru, professor M.Babanlı arasında görüş keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin prorektorları - Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektor, professor Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov və Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak ediblər.
M.Babanlı qonaqlara universitet haqqında məlumat verərək bildirib ki, Azərbaycanda, həmçinin, ADNSU-da təhsil sistemi müasir elmi yanaşmalara uğun şəkildə qurulub.
ADNSU-nun dünyanın bir neçə nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən rektor Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında da qonaqlara ətraflı məlumat verdi və burada tələbələrin dünyəvi təhsil almaları üçün hər bir şərait yaradıldığını diqqətə çatdırıb.
Aziz Abduxakimov ADNSU-nun təhsil sahəsində qazandığı uğurları, buradakı tədris prosesini çox bəyəndiyini deyib.
Sonda Özbəkistanın Baş Nazirinin müavini rektor M.Babanlını öz ölkəsinə dəvət edib.

ADNSU-nun Mətbuat Xidməti