Gürcüstanda pandemiya ilə əlaqədar qadağalar yenidən sərtləşdirilir

Gürcüstanda pandemiya ilə əlaqədar qadağalar yenidən sərtləşdirilir Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar qadağalar yenidən sərtləşdirilir.
Avqustun 10-dan etibarən ölkədə gecə klubları və qida obyektlərində pandemiya dövrünün tələblərinin yerinə yetirilməsinə nəzarət daha da ciddiləşəcək.
bununla bağlı qərar Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul olunub.
Bildirilir ki, bununla yanaşı, ölkədə toy, yas və bu kimi məclislərin keçirilməsinə də nəzarət gücləndiriləcək. Qayda pozuntusuna yol verən obyekt 10 min lari məbləğində cərimə olunacaq, analoji hal təkrarlanarsa bağlanacaq. Gürcüstanda bundan başqa, gecə klublarının həm açıq, həm də qapalı məkanlarda fəaliyyət göstərməsi qadağan olunub. Qida müəssisələrinin saat 00:00-dan 05:00-dək müştəri qəbul etməsinə icazə verilmir.

Tehsil-press.az


Oxşar xəbərlər