OPEC neftlə bağlı proqnozunu dəyişmədi

OPEC neftlə bağlı proqnozunu dəyişmədi Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünya üzrə neftə olan tələbin artımı ilə bağlı proqnozunu dəyişməz olaraq saxlayıb.
Bu haqda məlumatı “TASS” agentliyi yayıb. Məlumata əsasən, əsas makroproqnozların yaxşılaşmasına baxmayaraq, OPEC proqnozunu dəyişməyib və bununla da, 2021-ci ildə dünya üzrə neftə tələbin artımı gündəlik 6 milyon barrel təşkil edəcək.
Bildirilir ki, ümumilikdə bu il bu artım gündəlik 96,6 milyon barrelə qədər bərpa olunmalıdır.
Həmçinin, OPEC-in proqnozuna görə, dünya üzrə neftə tələb gələn ilin ikinci yarımilində gündəlik 100 milyon barrel göstəricisini keçməlidir.
Bununla yanaşı, OPEC təşkilata üzv olmayan ölkələrdən neft tədarükü ilə bağlı 2021 və 2022-ci illər üzrə proqnozlarını da artırıb.

Tehsil-press.az


Oxşar xəbərlər