Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı 2016-cı ilin dekabr ayında noyabrla müqayisədə 221 min barrel azalaraq 33 milyon 85 min barrelə düşüb.
Tehsil-press.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-in hasilatı azaltmaq qərarı dekabrda əvvəlki aya görə qlobal neft istehsalındakı payının 34,1 faizə geriləməsinə səbəb olub.
Dekabrda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 300 min azalaraq 96 milyon 920 min barrelə enib. Aylıq azalmaya baxmayaraq, qlobal neft təklifi 2015-ci ilin dekabr ayı ilə müqayisədə 710 min barrel artıb.
OPEC üzrə xam neft hasilatı ən çox Anqola və İraqda artıb, ən böyük azalma isə Səudiyyə Ərəbistanı, Venesuela və Nigeriyada baş verib. Anqolada gündəlik hasilat dekabrda əvvəlki aya görə 35 min barrel artıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında hasilat dekabrda noyabrla müqayisədə 149 min barrel azalaraq 10 milyon 474 min barrelə enib. Nigeriyanın gündəlik hasilatı 113 min barrel, Venesuelanın isə 45 min barrel azalıb.
Bu il OPEC-in xam neft tələbatı ötən illə müqayisədə sutkada 900 min barrel artaraq 32 milyon 100 min barrelə çatacaq. Qeyri-OPEC ölkələrinin builki neft təklifi ötən illə müqayisədə sutkada 120 min barrel artaraq 57 milyon 260 min barrel olacaq.
Cari il qlobal neft tələbatı isə keçən ilə görə 1 milyon 160 min barrel artaraq sutkada 95 milyon 600 min barrelə çatacaq.
Dekabrda ümumilikdə qazma quyularının sayı 1846 olub. Bu quyuların 539-u OPEC üzvü olan ölkələrdədir.
Tehsil-press.az