Azərbaycan Dillər Universiteti TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib

Azərbaycan Dillər Universiteti TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib Azərbaycan Dillər Universiteti (ADU) TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib. Təlimçi ADU-nun müəllimi və “British Council” təşkilatının təlimçisi Zarema İbrahimova olacaq.
Təlimlər 3 modul olmaqla hər biri 10 dərsdən ibarətdir. Dərslər ənənəvi şəkildə həftədə 2 və ya 3 dəfə keçiriləcək.
Daha ətraflı məlumatla ADU-nun saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq oktyabrın 9-da ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanları təşkil edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər