Xumar Matanla “Heç bir şey söyləmə” dedi - Audio

Xumar Matanla “Heç bir şey söyləmə” dedi - Audio Hər nəğməsi, hər ifası hitə çevrilən sevilən ulduz Xumar Qədimova pərəstişkarlarına vəd etdiyi sürprizi təqdim edib.
“Heç bir şey söyləmə” adlanan yeni duet Xumarsevərlərə çox şey söyləyəcək.
Çünki yeni nəğməni Xumar Qədimovanın “Əqrəb”indən duyacaqsınız. Qədimovanın duet ortağı həyat yolunda hər zaman sirdaşı, dostu, dayağı olan bacısı Matandır. Böyük ürəyə və möhtəşəm səsə malik olan Matan, nəhayət, bacısının səsinə səs verib.
“Matan bir bacının ötəsində olan varlıqdır. İllərdir mənim üçün göstərdiyi əzm, əmək, fədakarlıqla yanaşı, gözəl səsi ilə də sənətimi bəzədi”, - deyə Əməkdar artist vurğulayıb.



Tehsil-press.az


Oxşar xəbərlər