Hadisə ilə bacısı arasındakı mal-mülk davasına menecerindən İLK AÇIQLMA

Hadisə ilə bacısı arasındakı mal-mülk davasına menecerindən İLK AÇIQLMA Hadisənin meneceri müğənninin bacısı Hülya Açıkgözü məhkəməyə verdiyi iddialarını təkzib edib.
Ulduz 13 ildir Türkiyədə vergi ödəməmək üçün bütün var-dövlətini bacısı Hülya Açıkgözün adına yatırmışdı. Hadisə əmlakını geri almaq üçün məhkəməyə ərizə yazıb.
Bu xəbərlər Tv 2-də yayımlanan “2. Sayfa” verilişində müzakirəyə çıxarılıb. Hadisənin meneceri Haluk Şentürk proqrama telefonla bağlanaraq bəyan edib ki, məlumat yalandır
“Hadisə ailə üzvlərindən heç kimi məhkəməyə verməyib. Onlar ailədir, ətlə dırnaq ayrılmaz. Elə şeylər yoxdur. Hadisə ilə bacısının şirkəti ayrıdır. Hadisə xanım işə başladığından bəri vergilərini ödəyir".
Xatırladaq ki, Hadisənin meneceri anasının intihar etməsini də təkzib etmişdi, ancaq sonradan fakt öz təsdiqini tapmışdı.
Bütün mal-mülkünü bacısının adına yatıran Hadisəyə anası “Var-dövlətin bacılarınla ortaqdır” deyərək xəbərdarlıq edib. Bundan sonra Hadisə bacısını məhkəməyə verib. Yeni iddiaya görə, Hülya Açıkgöz adına olan mal-mülkü geri qaytarmağa niyyəti yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər