Bakıda səyyar avtobus məntəqələrində vaksinasiyaya başlanıldı

Bakıda səyyar avtobus məntəqələrində vaksinasiyaya başlanıldı Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər.
Artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.
Vaksin məntəqələrinin ünvanı:
Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı)
Əsəd Əhmədov küçəsi, Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı)
Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər