Səfərbərlikdən qayıdanlarla bağlı daha iki səyyar qrup yaradılacaq

Səfərbərlikdən qayıdanlarla bağlı daha iki səyyar qrup yaradılacaq Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha 2 səyyar qrupun fəaliyyət göstərməsinə qərar verilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib:
"Vətəndaşların gediş-gəlişini nəzərə alaraq və onların rahatlığını təmin etmək məqsədilə əlavə olaraq komissiyanın nəzdində daha 2 səyyar qrupun fəaliyyət göstərməsinə qərar verilib".
Onun sözlərinə görə, yanvarın 18-dən etibarən səyyar qruplar Pirəküşkül qəsəbəsində yerləşən hərbi hissədə və Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcəklər.
"Sabahdan etibarən bazar günü istisna olmaqla komissiya hər gün saat 09:00-dan 18:00-dək respublikanın 4 istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə nazirlik rəsmisi bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər