Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək Yanvarın 25-də paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
284 nömrəli tam orta məktəbdə (ünvan: Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi 10) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər