“Mən xoşbəxtəm, çünki 1982-ci ildə atamla birgə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin açılışda ulu öndər Heydər Əliyevlə birlikdə Maestro Niyazi, Qəmbər Almaszadə, Süleyman Rüstəm və digər ziyalılarımız da olub”.
Bu sözləri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Vaqif Poeziyası Günləri çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib:
“O zaman mən və Polad Bülbüloğlu cavan idik. Biz tarixi hadisənin şahidi olduq. Lakin 1992-ci ildə biz Şuşanı itirdik. Sağalmayan yara 2020-ci il noyabrın 8-dək öz işini görürdü. Ümidimizi yavaş-yavaş itirirdik. Amma 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimiz bu Qələbəni bizə bəxş etdilər. Bu gün hansı xarici ölkəyə getsək qalib xalqın nümayəndəsi kimi gedəcəyik.
Xoşbəxtəm ki, bu gün tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir”,- deyə Xalq artisti bildirib.
Tehsil-press.az