Peşə Təhsili üzrə Dövlət Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.
Dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edilən təqaüd proqramı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə qəbul olunan və 2021-2022-ci tədris ili üzrə avtomatika ustası, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, çilingər-santexnik, sənayedə quraşdırma işləri, torna və frezer dəzgahların operatoru, dağ mədən işləri üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələr iştirak edəcəklər.
Proqrama müraciət tədris ili başladıqdan dərhal sonra müvafiq peşə təhsil müəssisələrində həyata keçiriləcək. Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərəcək 20 namizəd qalib olacaq. Qaliblərdən 10 nəfəri Bakı şəhərində, digər 10 nəfər isə Gəncə şəhərində yerləşən peşə təhsil müəssisəsinin tələbələri arasından seçiləcək. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq sertifikat və hər tələbə üçün 9 ay müddətində hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd alacaq. Tələbələr, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanı qazanacaq.
Birgə əməkdaşlıq çərçivəsində dağ-mədən sənayesi üzrə 2 ixtisasın (dağ-mədən işləri üzrə mütəxəssis və kimyəvi analiz laborantı) məzmununun yenilənməsi, dağ-mədən sənayesi üzrə qabaqcıl xarici ölkə dərsliklərinin tərcüməsi və çapının təşkili, yeni laboratoriya və emalatxanaların qurulması, qısamüddətli kadr hazırlığı kurslarının təşkili, “AzerGold” mütəxəssislərinin tədris prosesində tələbələrə müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, tərəflər arasında əməkdaşlığın hüquqi bazasını qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış anlaşma memorandumu təşkil edir.
Tehsil-press.az