Peşə Təhsili üzrə Dövlət Agentliyi: “UI/ UX Dizayn” istiqaməti üzrə təlimlərə başlanılır

Peşə Təhsili üzrə Dövlət Agentliyi: “UI/ UX Dizayn” istiqaməti üzrə təlimlərə başlanılır Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən informasiya texologiyaları sahəsində qısamüddətli təlim üzrə müraciətlərin qəbuluna start verilib.
“UI(User İnterface) /UX(User Experience) Dizayn” üzrə keçiriləcək təlim 3 ay davam edəcək. Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
Təlimə veb-dizayn üzrə ilkin bilikləri və marağı olan (18 yaşdan yuxarı) orta ixtisas və ya ali təhsilli şəxslər və ya hazırda təhsil alan tələbələr müraciət edə bilər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim iştirakçıları 3 ay müddətində keçiriləcək intensiv təlim UX və UI dizaynının əsaslarından başlayaraq nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı yaradılacaq.
Təlimə qoşulmaq üçün müraciətlər avqustun 10-dək qəbul olunur.

Tehsil-press.az



Oxşar xəbərlər