“Avqustun 29-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşamıza sayca beşinci səfəri təkcə xalqımızın deyil, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Ümumiyyətlə, möhtərəm Prezidentimizin mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatı kimi dəyərləndirilir. Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin davamı olaraq növbəti çıxışlarında “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin bərpa ediləcəyini bildirmişdi. Həmçinin dövlət başçısı Şuşanın əvvəlki simasının bərpa ediləcəyini, dünyanın ən gözəl şəhərləri sırasında olacağını əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu baxımdan artıq əminliklə demək olar ki, Prezident İlham Əliyevin mədəniyyət paytaxtımıza hər səfəri mühüm hadisələrlə dolu Zəfər tariximizi yeni-yeni çalarlarla zənginləşdirir"
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Prezidentin və birinci xanımın iştirakı ilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin, Bülbülün ev-muzeyinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması son 9 ayda erməni əsirliyindən xilas olmasının sevincini yaşayan Şuşamızın mədəni və sosial həyatında mühüm hadisə oldu. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı: “Dünyaya səs salan, Azərbaycan xalqının tolerantlığına, tarixinə, mədəniyyətinə bağlılığının təqdimatı olan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinə ev sahibliyi edən Şuşanın qonaqları gördükləri unikal mənzərələrdən heyrətlərini gizlədə bilmirlər. Qısa müddətdə bərpa və quruculuq işlərinin miqyasının genişliyi, ən əsası Şuşanın sözün əsl mənasında dirçəldilməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaratmaqla yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan, işğalçı Ermənistana və onun havadarlarına ünvanlanan “Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq” bəyanatı sabahımıza böyük inam, əminlik, gözü hələ də Şuşamızda olan yağı düşmənə ciddi mesaj oldu.”
V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısının işğaldan azad edilmiş torpaqlarımıza, xüsusilə mədəniyyət paytaxtımız Şuşaya hər səfəri ermənilər tərəfindən böyük kədərlə qarşılanır: “30 il Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışan düşmən bunu bacara bildimi? Təbii ki, yox! Çünki yalanın həqiqət üzərində qələbəsi mümkün deyil. Hər zaman danışan tarix, onun əsas yardımçısı isə əlahəzrət fakt olur. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki nitqində “Əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb” fikirləri ilə bir daha bu reallığı da açıqladı ki, torpaqların sahibi qurucu, bərpaedici, hər daşını, qayasını bir tarix kimi qoruyan olur. Dünya Azərbaycanın timsalında bunu görür".
Baş redaktor ölkə Prezidentinin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan bu mühüm məqama da xüsusi diqqət yönəldib ki, işğal dövründə həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq lazımdır. Ədaləti bərpa etmək üçün isə yorulmadan çalışmaq, hədəfə doğru getmək gərəkdir. Bu gün hamımız deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi.
V.Rəhimzadə 30 ilin reallıqlarına qısa baxış fonunda böyük qürurla işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın cənnət məkana çevrilməsindən də bəhs edib: “Artıq Şuşa şəhərinin də baş planı təqdim edildi. Bu, Böyük Qayıdışa doğru növbəti addımdır. Şuşanın bərpasına dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımıza ilk səfəri zamanı, yanvarın 14-də start verilmişdi. 8 ayda görülən işlərin, icra olunan layihələrin əhatə dairəsi genişdir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları bu layihələri uğurla baş çatdırmağa əsas verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan qurtulmuş ərazilərimizə hər səfəri bərpa və quruculuq işləri ilə bağlı hədəfləri özündə ehtiva edən “yol xəritəsi”nin ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdimatında mühüm rol oynayır. Tarixlə müasirliyin vəhdəti fonunda aparılan bərpa və quruculuq işləri tezliklə Şuşamızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək.”
Tehsil-press.az