Subbakalavrlar 32 ali təhsil müəssisəsinə qəbul olunublar. Onlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olublar.
Bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair avqustun 21-də təqdim etdiyi statistik göstəricilərdə (II mərhələdən sonra) yer alıb. Göstəricilərə əsasən, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olanların 56,92 faizi, Bakı Biznes Universitetinə qəbul olanların 51,45 faizi, Azərbaycan Kooperasiya Universitetinə qəbul olanların 39,44 faizi subbakalavrlardır.
Xatırladaq ki, DİM 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də açıqlayıb.
Tehsil-press.az