“Taliban” hərəkatı Əfqanıstan universitetlərində tədrisin təşkili ilə bağlı yeni qaydalar qəbul edib.
Hazırda Əfqanıstanın ali təhsil naziri vəzifəsini icra edən Abdul Baki Hakkani Kabildə keçirilən mətbuat konfransı zamanı sözügedən bu yeni qaydaları açıqlayıb.
Məlumata əsasən, əfqan universitetlərində tədris kişi və qadınlar üçün ayrı təşkil olunacaq. Bununla yanaşı, qadın tələbələrə dərslər əsasən qadın müəllimlər tərəfindən keçiriləcək. Lakin şəriət qaydalarına əməl olunduğu halda kişi müəllimlər də qadın auditoriyalarında dərs keçə bilərlər
Hakkani, həmçinin qeyd edib ki, unversitetdə təhsil alan tələbələlər geyim qaydalarına ciddi əməl etməlidirlər. Belə ki, qadın tələbələr mütləq olaraq hicabdan istifadə etməlidirlər. Bununla belə, universitetlərdə tədris ediləcək fənlərə yenidən baxılacağı gözlənilir.
Tehsil-press.az