Yevlaxda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Yevlaxda təhsil işçilərinin sentyabr konfransı keçirilib Yevlax şəhəri Mərkəzi Mədəniyyət Evində Yevlax, Mingəçevir, Ağdaş və Bərdə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayevin adıçəkilən bölgələrin ötən tədris ili üzrə fəaliyyəti barədə, Təhsil İnstitutunun əməkdaşı Könül Nəhmətovanın əlavə təhsil və ixtisasartırma kurslarının təşkili barədə çıxışları dinlənilib.
Konfrans müzakirələrlə davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər