Lənkəran, Lerik və Astara təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib

Lənkəran, Lerik və Astara təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər, Astara və Lerik Rayon Təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətlərinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə nazir müavini Məhəbbət Vəliyeva, qurumun ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, qeyd olunan şəhər və rayonların təhsil şöbələrinin müdirləri, təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edən nazir müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan nazir müavini bildirib ki, bir neçə bölgənin təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmağa imkan verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır.
Məhəbbət Vəliyeva təqdim olunan hesabatlara əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə tövsiyələrini verib. Qeyd edib ki, zəif nəticə göstərən məktəblər Təhsil Nazirliyi tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə həmin məktəblərin rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət olunacaqlar.
Sonra Lənkəran Şəhər, Lerik və Astara Rayon Təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər