Azərbaycana keçən iki erməni geri qaytarıldı

Azərbaycana keçən iki erməni geri qaytarıldı Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb.
Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb. Bildirilir ki, iki Ermənistan vətəndaşı bu gecə saat 23:45-də ölkələrinə təhvil verilib.
Qeyd edək ki, Ermənistan MTX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.

Tehsil-press.az



Oxşar xəbərlər